Çempionlar Liqası: 1/4 final mərhələsinə start verilir – Yenilənir
Bu gün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Assist.az xəbər verir ki, Turnirin favoritlərindən olan “Mançester Siti” doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Günün digər matçı İspaniyada olacaq. Madridin “Real” komandası “Santiago Bernabeu”da İngiltərə “Liverpul”u ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar sonuncu dəfə 2018-ci ildə Çempionlar Liqasının finalında qarşılaşıblar və “Real” 3:1 hesabıyla mersesaydlıları üstələyərək, turnirin qalibi olub. Gərgin və maraqlı mübarizə vəd edən matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.