"Çelsi"nin futbolçusu döyüldü

"Çelsi"nin futbolçusu döyüldü
"Çelsi”nin  hazırda “Bernli”də icarədə olduğu futbolçusu Denni Drinkuoter Mançesterdəki gecə klublarından birinin önündə döyülüb.
 
Assist.az xəbər verir ki, bu haqda “The Sun” qəzeti məlumat yayıb. Əvvəlcə xeyli spirtli içki içdikdən sonra sərxoş olan Denni “Skantorp Yunayted”in oyunçusu Krosi Ntlenin sevgilisinə sataşıb. O, Ntleyə “sənin sevgilin mənimlə evimə getməlidir” deyib. Sonuncu onları sakit buraxmağı xahiş etsə də, Denni Ntleyə hücum edib. Buna görə də mühafizəçilər onu klubdan çıxarıblar. Bayırda isə altı nəfər Drinkuoterə hücum edərək onu möhkəm döyüb. Nəticədə onun üzündə, çiyinlərində, gözünün altında qançır yaranıb. "O, döyüldükdən sonra hər tərəf qan olmuşdu" - deyə mənbədə qeyd edilib.