"Çelsi" inamlı qələbə qazandı

"Çelsi" inamlı qələbə qazandı

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları davam edir. Assist.az xəbər verir ki, ilk dördlük uğrunda mübarizə aparan "Çelsi" doğma meydanda Votford" komandasını qəbul edib.

 

İlk hissəsi qolsuz keçən qarşılaşmada hesab 48-ci dəqiqədə açılıb. Ruben Loftus-Çek meydan sahiblərini hesabda önə çıxarıb. 3 dəqiqə sonra David Luiz "Çelsi"nin üstünlüyünü 2 topa yüksəldib. Görüşdə son nöqtəni Qonzalo İquain qoyub. Argentinalı hücumçunun 75-ci dəqiqədə vurduğu qol "Çelsi"yə 3 xal qazandırıb.