"Çelsi" Avroliqanın qalibi oldu

"Çelsi" Avroliqanın qalibi oldu

Avropa Liqasında final oyunu keçirilib. Assist.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan həlledici qarşılaşmada İngiltərə nəhəngləri - "Çelsi" və "Arsenal" üz-üzə gəlib.

İlk hissəsi qolsuz keçən qarşılaşmada 5 qol vurulub. "Çelsi"nin 4 qoluna "Arsenal" bir dəfə cavab verə bilib. Beləliklə, görüş "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu, "Çelsi"nin ikinci Avroliqa kubokudur.

 

"Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) - 4:1
Qollar
: Olivye Jiru, 49, Pedro, 60, Eden Hazard, 65 (pen.), 72 - Aleks Ayvobi, 69