Bundesliqada həyəcan sona yaxınlaşır

Bundesliqada həyəcan sona yaxınlaşır

Bu gün Almaniya Bundesliqasında 32-ci tura start verilir. Mübarizə orta pillələrdə qərarlaşan "Maynz-05" ilə gələn sezon Çempionlar Liqasında mübarizəni təmin edən "Leypziq "qarşıdurması ilə start götürəcək. Çempionluq yarışı isə son həftə Rur derbisində ağır zərbə alan "Borussiya Dortmund" və Nürnberq  səfərində son anda məğlubiyyətdən xilas olan "Bavariya" arasında davam edir. Münxenlilər turnir cədvəlinin son pilləsindən qurtulmağa çalışan "Hannover-96" klubunu qəbul edəcək. Dortmundlular isə bu həftə çətin "Bremen" səfərinə yollanacaqlar. 32-ci tura bazar günü keçiriləcək oyunlarla yekun vurulacaq.