Bundesliqada derbi həftəsi

Bundesliqada derbi həftəsi

   Bundesliqanın 31-ci turu "Ruhr" derbisi ilə yadda qalacaq. İlk dövrədəki qarşılaşmada səfərdə əzəli rəqibini 2:1 hesabı ilə məğlub edən "sarı-qaralar" çempionluq şansını son tura kimi saxlamaq niyyətindədir. İndiyə qədərki Bundesliqa çərçivəsindəki qarşılaşmalarda "Dortmund" 27, "Şalke" 25 dəfə qələbəyə sevindiyi halda, 21 qarşıdurmada qalib müəyyənləşməyib.

Görüşdə "Şalke"nin 22 yaşlı gənc qolkiperi də diqqət mərkəzində olacaq. Oliver Kanın "Bavariya"da Noyerin davamçısı kimi gördüyü Alex Nübel özünü yaxşı tərəfdən göstərməyə çalışacaq.

  Bu mövsüm işləri qaydasında getməyən "Şalke"nin əsas məqsədi "Dortmund"u büdrətmək olacaq. Amma derbi həyəcanının başqa olduğunu nəzərə alsaq, bizi maraqlı oyun gözləyəcəyini deyə bilərik.

Matç bugün saat 17:30-da start götürəcək.