Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

Almaniyanın "Köln" futbol komandasında baş məşqçi dəyişikliyi olub.

“Assist.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, istefaya göndərilən Markus Gizdolu Fridxelm Funkel əvəzləyib.

68 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

 Gisdal komandadan uğursuz nəticələrə görə qovulub. "Köln" onun rəhbərliyi altında son 8 oyunda cəmi 2 xal toplayıb. Bundesliqa təmsilçisi hazırda 23 xalla 17-ci yerdə qərarlaşıb.