Bugün UEFA Avropa Liqasının qalibi müəyyənləşir

UEFA Avropa Liqasının 2020-2021 mövsümünün qalibi bu gün oynanacaq olan "Vilyareal"-"Mançester Yunayted" matçı ilə müəyyənləşəcək.
Assist.az xəbər verir ki, Qarşılaşma polşada yerləşən Qdansk stadionunda baş tutacaq. Matçı fransız hakim Klemen Türpen idarə edəcək. Koronavirus səbəbi ilə stadionun 25%-i qədər, yəni 9 min 500 nəfər azarkeş tribunalara buraxılacaq.
Qeyd edək ki, bu qarşılaşma bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.