Buffon "Yuventus"da 513-cü oyununa çıxdı

Buffon "Yuventus"da 513-cü oyununa çıxdı

Canluici Buffon "Yuventus"da 513-cü matçına çıxıb.

Assist.az-ın ESPN-nin "Tvitter" hesabına istinadən xəbər verir ki,  41 yaşlı qapıçı son olaraq A seriyasının 10-cu turunda "Cenoa" ilə matçda (2:1) qapını qoruyub. Bununla da o, Turin klubunun sabiq futbolçusu Alessandro Del Pyeronun rekordunu təkrarlayıb. Buffon daha 1 oyuna çıxacağı təqdirdə, "Yuventus"da ən çox oynayan futbolçu olacaq.

 

 

 

Qeyd edək ki, Buffon bu mövsüm ölkə çempionatında 4 matçda oynayıb.