Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları baş tutacaq.

 

Assist.az xəbər verir ki, qarşılaşmadan biri İspaniyanın "Vilyarreal" və "Valensiya" klublarının iştirakı ilə təşkil olunacaq.

 

Mərhələnin ən diqqət çəkən qarşılaşması İngiltərədə "Arsenal" və "Napoli" arasında keçiriləcək.

 

Bugünkü matçda "Arsenal" Rob Holdinq, Denni Uelbek və Ektor Belyerinin xidmətindən yararlana bilməyəcək.

 

Digər bir görüşdə "Benfika" "Ayntraxt"ı qəbul edəcək.

 

İngiltərənin digər təmsilçisi "Çelsi" səfərdə Çexiyanın "Slaviya" klubu ilə qarşılaşacaq. Xatırladaq ki, praqalılar ötən mərhələdə turnirin son qalibi "Sevilya"nı mübarizədən kənarlaşdırıblar.

 

Avropa Liqası 1/4 final, ilk oyunlar

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya)

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya)

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)