"Borussiya Dortmund" "İnter"lə oyunda geri dönüş etdi

Çempionlar Liqasında 4-cü tura start verilib. Assist.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. Qarşılaşmalar E, F, G və H qruplarında baş tutub. 

F qrupunda mübarizə aparan "Borussiya Dortmund" doöma meydanda "İnter"i qəbul edib. Olduqca dramatik keçən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsilə yekunlaşıb.

İlk hissədə "İnter" 2:0 öndə olsa da, Dortmund futbolçuları ikinci hissədə geri dönüş edərək 3:2 hesablı qələbə qazanıblar.

Almaniya təmsilçisinin qollarını 51 77-ci dəqiqələrdə Əşrəf Hakimi, 64-cü dəqiqədə Yulian Brandt vurub. "İnter"in heyətində isə 5-ci dəqiqədə Lautaro Martines və 40-cı dəqiqədə Matias Vesino fərqlənib.

Bu qrupun digər oyununda "Barselona" doğma meydanda "Slaviya Praqa"nın müqavimətini qıra bilməyib.

# Komanda Oyun Xal
1 Barselona 4 8
2 Borussiya Dortmund 4 7
3 İnter 4 4
4 Slaviya Praqa 4 2