Borussia Dortmund-la oyunöncəsi Bayern Münich-də itki

Borussia Dortmund-la oyunöncəsi Bayern Münich-də itki

Bayern Münich ciddi itki ilə üzləşib.

Assist.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara Bundesliqanın 28-ci turu çərçivəsində Borussia Dortmund-a qarşı keçirəcəkləri oyunda komandasına kömək edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Hansi Flik məlumat verib: “Tyaqo zədəsini tam bərpa etməyib. Bu üzdən son məşqləri buraxıb. Təəssüf ki, Borussia ilə oyunda iştirak etməyəcək”.

Qeyd edək ki, bu gün keçiriləcək Borussia Dortmund – Bayern Münich matçına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.