Borussia-da yeni müqavilə

Borussia-da yeni müqavilə

Borussia Monchengladbach klubu müdafiəçisi Niko Elvedi ilə müqavilənin müddətini artırıb.

Assist.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı yeni müqavilənin müddəti 2024-cü ilin yayına kimidir.

Qeyd edək ki, Niko Elvedi 2015-ci ildən Borussia-da çıxış edir. İsveçrəli futbolçu bu komandanın heyətində 196 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.