"Bney Yehuda"nın heyətində 3 futbolçu zədəlidir

"Bney Yehuda"nın heyətində 3 futbolçu zədəlidir

İsrailin "Bney Yehuda" komandası "Neftçi" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.

Assist.az xəbər verir ki, heyətdəki futbolçulardan üçü zədəlidir. Bunlar müdafiəçi İtsik Azuz, eləcə də yarımmüdafiəçi Amit Zenati və Eytan Velblümdur. Onların durumlarının ciddi olduğu və meydana çıxıb-çıxmayacaqlarına oyun ərəfəsində qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2