"Bney Yehuda" - "Neftçi" oyununun hakim təyinatları açıqlandı

"Bney Yehuda" - "Neftçi" oyununun  hakim təyinatları açıqlandı

İsraildə "Bney Yehuda" və "Neftçi" komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb. Assist.az xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində keçiriləcək matçı italiyalı hakimlər briqadası idarə edəcək. Referi Daniele Doveri əsas,  Alessandro Kostantso və Alesio Tolfo yan xətt, Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək. Fransalı Stefan Lannoy hakim-inspektor, estoniyalı Tarqo Kaldoya UEFA nümayəndəsi olacaq.

 

Xatırladaq ki, ilk görüşü 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın start fiti  Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.