"Beşiktaş" yenə məğlub oldu

"Beşiktaş" yenə məğlub oldu

UEFA Avropa Liqasında 3-cü turun oyunları keçirilib. Assist.az xəbər verir ki, K qrupunda mübarizə aparan "Beşiktaş" Portuqaliyada "Braqa"nın qonağı olub. Qarşılaşma İstanbul klubunun məğlubiyyəti ilə başa çatıb - 1:2.

Bu qrupun digər oyununda isə “Slovan” “Vulverhempton”a məğlub olub - 1:2.

3 turdan sonra K qrupuna 7 xalla "Braqa" başçılıq edir. “Vulverhempton” 6 xalla ikinci, "Slovan" isə 4 xalla üçüncü pillədədir. Aktivində xalı olmayan "Beşiktaş" işə sonuncudur.