Beşiktaş-da ciddi itki

Beşiktaş-da ciddi itki

Superliqada çempionluğa oynayan Beşiktaş ciddi itki ilə üzləşib.

Assist.az xəbər verir ki, "qartallar"ın mərkəz müdafiəçisi Fransisko Montero sıradan çıxıb.

Bu barədə sözügedən Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. İspan futbolçunun Türkiyə kuboku çərçivəsində keçirilmiş Konyaspor-la görüşdə sol dizindən zədələndiyi bildirilir.

Montero azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, Genclerbirliği, Denizlispor, Yeni Malatyaspor və Gaziantep-lə Superliqa matçlarında forma geyinə bilməyəcək.