"Benfika"nı məğlub edən "Lyon" ikinci pilləyə yüksəldi

Çempionlar Liqasında 4-cü tura start verilib. Assist.az xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib. Qarşılaşmalar E, F, G və H qruplarında baş tutub.
G qrupunda mübarizə aparan "Lyon" doğma meydanda "Benfika" ilə qarşılaşıb. Görüşdə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.
"Lyon"a qələbə gətirən qolları Yoaxim Andersen, Memfis Depay və Bertrand Traore vurub. "Benfika"da isə Haris Seferoviç fərqlənib.
Bu qrupun digər görüşündə "Leyptsiq" Rusiyada "Zenit"i 2:0 hesabı ilə məğlub edib.
# | Komanda | Oyun | Xal |
1 | Leyptsiq | 4 | 9 |
2 | Lyon | 4 | 7 |
3 | Zenit | 4 | 4 |
4 | Benfika | 4 | 3 |