Bazar dəyərindən daha çox maaş alır?

Bazar dəyərindən daha çox maaş alır?

İspaniyanın "Barselona" klubunun Braziliyalı futbolçusu Fillippe Koutinyonun bazar dəyərinin illik maaşından daha çox olduğu müəyyənləşib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Koutinyonun "Barselona"da qazandığı illik vəsait 30 milyon avrodur. Maraqlıdır ki, futbolçunun hazırkı bazar dəyəri 20 milyon avro təşkil edir.

Xatırladaq ki, Fillippe Koutinonun 2018-ci ildəki bazar dəyəri 150 milyon avro təşkil edirdi.

Qeyd edək ki, Koutinyo "Barselona" forması ilə "La liqa"da 8 oyunda meydana çıxıb və bir qol ilə yadda qalıb.