Bayern Münich-dən rekord göstərici

Bayern Münich-dən rekord göstərici

Bayern Münich UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib.

Assist.az xəbər verir ki, Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv bu mövsüm 11 oyununun hamısını qələbə ilə başa vurub. Son olaraq, finalda PSG-yə 1:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2013-cü ildə özünün müəyyənləşdirdiyi 10 matçlıq qalibiyyət rekordunu yeniləyib. Həmin vaxt Bayern belə bir seriyanı Yupp Haynkes və Xosep Qvardiolanın rəhbərliyi ilə yaxalamışdı.

10 oyunluq qələbə seriyasını həm də Real Madrid 2014-2015-ci illərdə Karlo Ançelottinin baş məşqçiliyi dövründə əldə edib.