Bayern Münich-də yeni müqavilə

Bayern Münich qapıçısı Manuel Noyerlə müqavilə müddətini uzadıb.
Assist.az Goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən Bayern-in şərəfini qoruyur. Almaniyalı qapıçı cari mövsüm 38 oyun keçirib və eyni sayda qol buraxıb.