Bax növbəti dəfə BOK-un prezidenti seçildi

Bax növbəti dəfə BOK-un prezidenti seçildi

Tomas Bax növbəti dəfə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.

Assist.az xəbər verir ki, o, BOK-un 137-ci onlayn sessiyasındakı seçki nəticəsində 93 səs toplayıb. Tomas Bax bu vəzifəyə yeganə namizəd olub. O, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.

Qeyd edək ki, T.Bax 2013-cü ildən IOC-un prezidentidir.