"Bavariya" çempionluğun bir addımlığında

"Bavariya" çempionluğun bir addımlığında
"Bavariya" çempionluğun bir addımlığında

Dünən Bundesliqada 32-ci turun oyunları keçirilib. Liderliyini uğurla davam etdirən "Bavariya" "Hannover" klubunu 3:1 hesabı ilə məğlub edib. Bununla da qonaqların liqanı tərk etməsi rəsmiləşib. Münhenlilərə bir sevindirici xəbər isə "Bremen"dən gəlib. Bu mövsüm, xüsusilə, ikinci hissədə performans və güc problemi yaşayan "Dortmund"un son çempionluq şanslarını Bundesliqanın veteranı Pizarro 0-a yaxınlaşdırıb. 40 yaşında fərqlənən eks-Münhenli həm də öz rekordunu yeniləyib. Sona iki tur qalmış liderin 4 xal gerisinə düşən "sarı-qaralar" ,görünür, yenə azərkeşlərini məyus etməkdə davam edəcək. Növbəti  turun oyunları mayın 11-də start götürəcək.