"Bavariya" çempionluğu son tura saxladı

"Bavariya" çempionluğu son tura saxladı
"Bavariya" çempionluğu son tura saxladı

Almaniya Bundesliqasında mövsüm sona yaxınlaşır. Son illərin dəyişməz çempionu "Bavariya" son tur öncəsi ən yaxın izləyicisi "Dortmund" u 2 xal qabaqlayır. "Münxenlilər" çətin Leipziq səfərindən 1 xalla dönməsinə baxmayaraq mövsümün final matçında "Ayntraxt Frankfurt" u evdə qəbul edəcək. Ən pis halda bərabərlik onları ardıcıl 7-ci dəfə çempion edəcək. Çempionluğu lazımsız xal itkiləri ilə əlindən qaçıran "Borussiya" nın şansı isə az da olsa davam edir.