"Bavariya" ardıcıl 7-ci dəfə çempion oldu

"Bavariya" ardıcıl 7-ci dəfə çempion oldu

Almaniya Bundesliqasında 2018/19 mövsümü başa çatıb. Assist.az xəbər verir ki, son illərin dəyişməz çempionu "Bavariya"  yenə titulu özündə saxlayıb. Komandanı tərk edəcəyi dəqiqləşən Robben və Riberinin də fərqləndiyi son oyunda "Münxenlilər" "Frankfurt"a aman verməyib(5:1). Mövsümə yaxşı başlayıb davamını gətirə bilməyən "Dortmund" isə gümüş medallarla kifayətlənib.

Qeyd edək ki, mövsümün son turu bol qolla yadda qalıb. Keçirilən 9 oyunda qapılara ümumilikdə 40 top vurulub.