“Barselona”da ciddi itki

“Barselona”da ciddi itki

“Barselona”nın argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının ilk turlarını buraxa bilər. Assist.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir. Klubun baş məşqçisi Ernesto Valverde bildirib ki, Messi avqustun 6-da komandanın məşqində zədələnib. Argentinalı hücumçu “Napoli” ilə yoldaşlıq görüşündə meydana çıxmayıb.

Qeyd edək ki, İspaniya La Liqasının birinci turunda “Barselona” “Atletik Bilbao” ilə qarşılaşacaq.