"Barselona" İspaniya Kubokunun qalibi olub

"Barselona"  İspaniya Kubokunun qalibi olub

"Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

“Assist.az” xəbər verir ki, kataloniyalılar finalda "Atletik"i böyük hesabla məğlub ediblər.

Sevilyadakı "Olimpiya" stadionunda keçirilən görüşdə sükut fasilədən sonra pozulub. 60-cı dəqiqədə Antuan Qrizmann fərqlənib. Az sonra Frenki de Yonq təbrikləri qəbul edib. Özünə gəlməyə çalışan Atletik futbolçuları çox keçmədən növbəti topu qapılarında görüblər. Lionel Messi diqqət mərkəzinə düşüb. 33 yaşlı forvard 72-ci dəqiqədə daha bir qol vuraraq yekun nəticəni müyyənləşdirib 4-0.  "Barselona" İspaniya Kubokunu rekord sayda qazanıb. İkinci yerdə isə bu titula 23 dəfə layiq görülən "Atletik" gəlir.