Barcelona Messinin qiymətini açıqladı

Barcelona Messinin qiymətini açıqladı

Barcelona ulduz futbolçusu Lionel Messini sata biləcəyi qiyməti açıqlayıb.

Assist.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçu ilə 700 milyon avro qarşılığında vidalaşmağa hazırdır.

Məlumata görə, Messi komandadan ayrılmaq niyyətindədir. Onunla PSG, İnter və Manchester City kimi klubların maraqlandığı iddia edilir.

Xatırladaq ki, 33 yaşlı oyunçunun Barcelona ilə 2021-ci ilə qədər müqaviləsi var. Klub onu komandada saxlamaq niyyətindədir. Messi ötən mövsüm 44 oyuna 31 qol vurub və 24 məhsuldar ötürmə verib.