Barcelona-dan Beşiktaş-a keçdi

Barcelona-dan Beşiktaş-a keçdi

Barcelona futbolçusu Miralem Pyaniçi icarəyə verib.

Assist.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını Beşiktaş-da davam etdirəcək. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, Pyaniç ötən ildən Barcelona-da oynayır. Onun Kataloniya klubu ilə sözləşməsi 2024-cü ilin iyun ayına qədərdir.