Barcelona-dan Juventus-a - RƏSMİ

Barcelona-dan Juventus-a - RƏSMİ

Barcelona-nın futbolçusu Artur Melonun İtaliya çempionu Juventus-a transferi rəsmiləşib.

Assist.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliya klubu braziliyalı yarımmüdafiəçidən ötrü qarşı tərəfə 72 milyon avro ödəyib. Barcelona müxtəlif bonuslar nəzərə alınmaqla daha 10 milyon avro gəlir əldə etmək şansına malikdi.

23 yaşlı oyunçu 2019/20 mövsümünü Barça-da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. Juventus-un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Artur Barcelona-ya 2018-ci ilin yayında Gremio-dan keçib.