Futzal millimiz ilk oyununda qələbə qazandı

Futzal millimiz ilk oyununda qələbə qazandı

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Assist.az xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə görüşüb. ​​Qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ilk duelində isə Slovakiya Monteneqronu 5 cavabsız qolla üstələyib.

​​Komandamız növbəti oyununu sabah Monteneqro kollektivinə qarşı keçirəcək. Slovakiya isə Moldova ilə münasibətlərə aydınlıq gətirəcək.

Azərbaycan 3:1 Moldova
Qollar: Andrian Laşcu, 7.15, Thiago, 11.38, Oliveira, 32.498
Qırmızı vərəqə: İsa Atayev
​​​​​