Azərbaycan GP: "Mercedes"dən 4-də 4

Azərbaycan GP: "Mercedes"dən 4-də 4
Azərbaycan GP: "Mercedes"dən 4-də 4

Formula 1 üzrə Bakı qran prisi başa çatıb. Yarış "Ferrari"nin gənc sürücüsü Leclerc üçün uğurlu başlayıb. Sarı təkərlərlə maksimum trasda qalmağa çalışan Leclerc "Ferrari"nin uğursuz pit stop strategiyası ilə 5-ci pilləyə qədər geriləyib. Lakin son dövrədəki sürətli nəticə ona əlavə bir xal qazandırıb.

Yarışın qalibi isə keçən ilki qran prinin uğursuzu Bottas olub. O, komanda yoldaşı Luis Həmiltonu qabaqlaya bilib. Podiumun son pilləsində isə "Ferrari"nin alman pilotu Vettel qərarlaşıb.

İlk 4 yarışın hamısında ilk iki yeri tutan "Mercedes" pilotları  əlçatmaz görünürlər. Digər nəticələr və toplam xallar isə qrafiklərdəki kimidir.