Ayuobinin transferi "Everton"a 40 milyon funta başa gəldi

Ayuobinin transferi "Everton"a 40 milyon funta başa gəldi

İngiltərənin "Everton" futbol klubunun rəsmi saytında Aleks Ayuobinin “Arsenal”dan alınması ilə bağlı rəsmi məlumat yerləşdirilib.

Assist.az xəbər verir ki, 23 yaşlı nigeriyalı futbolçu klubla 5 illik müqavilə imzalayıb.

İngiltərə mediasının məlumatına görə, Ayuobinin transferi kluba 40 milyon funt sterlinqə (43.4 milyon avro) başa gəlib.

Aleks "Arsenal" ın yetirməsidir. Klubda 2015-2019 illər arası oynayıb. 2018/19 mövsümündə 6 qol vurub və 51 matçda 9 məhsuldar ötürmə edib.