Avro-2020: VI tura yekun vuruldu

Avro-2020: VI tura yekun vuruldu

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI turun son oyunları keçirilib. Assist.az xəbər verir ki, görüşlər A, B və H qrupunlarında baş tutub.

A qrupunda İngiltərə Kosovo ilə görüşdə məhsuldar qələbəyə imza atıb - 5:3. Qarşılaşmadan öncə "Tottenhem"in diqqət mərkəzində olduğu deyilən Vedat Muriqi 1 qol və 2 assistlə yadda qalıb. Çexiya isə səfərdə Monteneqrodan üstün olub, 3:0.

B qrupunda Portuqaliya səfərdə Litvanı top atəşinə tutub - 5:1. Lüksemburq isə Serbiyaya 1:3 hesabı ilə uduzub.

 

AVRO-2020, seçmə mərhələ

VI tur

A qrupu

İngiltərə - Kosovo - 5:3

Qollar: Rəhim Sterlinq, 8. Harri Keyn, 19. Mergim Voyvoda, 38 (öq). Ceydon Sanço, 44; 45+1 - Valon Berişa, 1; 49. Vedat Muriç, 55 (pen.)

Qaçırılmış penalti: Harri Keyn, 65 (İngiltərə)

Monteneqro - Çexiya - 0:3

Qollar: Tomaş Suçek, 54. Lukaş Masopust, 58. Vladimir Darida, 90+4 (pen.)

# Komanda Oyun Xal
1. İngiltərə 4 12
2. Çexiya 5 9
3. Kosovo 5 8
4. Monteneqro 5 2
5. Bolqarıstan 5 2

 

B qrupu

Litva - Portuqaliya - 1:5

Qollar: Vitautas Andryuşkeviçyus, 28 - Kriştianu Ronaldu, 7 (pen.); 62; 65; 76. Vilyam Karvalyu, 90+2

Lüksemburq - Serbiya - 1:3

Qollar: Davit Turpel, 66 - Aleksandar Mitroviç, 36; 78. Nemanya Radonyiç, 55

# Komanda Oyun Xal
1. Ukrayna 5 13
2. Portuqaliya 4 8
3. Serbiya 5 7
4. Lüksemburq 5 4
5. Litva 5 1

 

H qrupu

Albaniya - İslandiya - 4:2

Qollar: Kastriot Dermaku, 32. Elseid Husay, 52. Odise Roşi, 79. Sokol Çikalleşi, 83 - Gilfi Siqurdsson, 47. Kolbeyn Siqtorsson, 58

Fransa - Andorra - 3:0

Qollar: Kinqsli Koman, 18. Kleman Lanqle, 52. Vissam Ben Yedder, 90+1

Qaçırılmış penalti: Antuan Qrizmann, 28 (Fransa)

Moldova - Türkiyə - 0:4

Qollar: Cenk Tosun, 37; 79. Deniz Türüc, 57. Yusuf Yazıcı, 88

# Komanda Oyun Xal
1. Türkiyə 15 6
2. Fransa 15 6
3. İslandiya 12 6
4. Albaniya 9 6
5. Moldova 3 6
6. Andorra 0 6