Avro-2020: İspaniya və İtaliya qələbə qazandı

Avro-2020: İspaniya və İtaliya qələbə qazandı

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində V tura start verilib.

Assist.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 9 qarşılaşma oynanılıb.

D qrupunda 2, F və J qruplarında 3, G qrupunda isə 1 matç keçirilib. İspaniya səfərdə Rumıniyaya, İtaliya isə Ermənistana qalib gəlib. "Cırtdanlar"dan Cəbəllütariq Danimarka ilə, Farer adaları Norveçlə ev, Lixtenşteyn isə Bosniya və Herseqovina ilə səfər görüşlərində darmadağın olub.

AVRO-2020, seçmə mərhələ

V tur

D qrupu

22:45. Cəbəllütariq - Danimarka - 0:6

Qollar: Robert Skov, 6. Kristian Eriksen, 34; 50 (hər ikisi penalti ilə). Tomas Delani, 69. Kristian Qutkyaer, 73; 78

22:45. İrlandiya - İsveçrə - 1:1

Qollar: Devid MakQoldrik, 85 - Fabian Şör, 90+7

Xal durumu: İrlandiya – 15 (5 oyuna), Danimarka - 8 (4), İsveçrə - 5 (3), Gürcüstan – 3 (4), Cəbəllütariq – 0 (4).

F qrupu

22:45. Farer adaları - İsveç - 0:4

Qollar: Aleksander İsak, 12; 15. Viktor Lindelöf, 23. Robin Quayson, 41

22:45. Norveç - Malta - 2:0

Qollar: Sander Berge, 34. Coşua Kinq, 45+1 (penalti ilə)

22:45. Rumıniya - İspaniya - 1:2

Qollar: Florin Andone, 59 - Serxio Ramos, 29 (penalti ilə). Pako Alkaser, 47

Qırmızı vərəqə: Dieqo Lyorente, 79 (İspaniya)

Xal durumu: İspaniya – 15 (5 oyuna), İsveç – 10 (5), Norveç - 8 (5), Rumıniya – 7 (5), Malta - 3 (5), Farer adaları - 0 (5)

G qrupu

22:45. İsrail - Şimali Makedoniya - 1:1

Qollar: Eran Zahavi, 55 - Ariyan Ademi, 64

Xal durumu: Polşa - 12 (4 oyuna), İsrail - 8 (5), Avstriya - 6 (4), Şimali Makedoniya - 5 (5), Sloveniya - 5 (4), Latviya - 0 (4).

J qrupu

22:45. Ermənistan - İtaliya - 1:3

Qollar: Aleksandr Karapetyan, 11 - Andrea Belotti, 28; 80. Lorentso Pelleqrini, 77

Qımızı vərəqə: Aleksandr Karapetyan, 45+1 (Ermənistan)

22:45. Bosniya və Herseqovina - Lixtenşteyn - 5:0

Qollar: Amer Qoyak, 11; 89. Andreas Malin, 80 (öz qapısına). Edin Ceko, 85. Edin Vişça, 87

22:45. Finlandiya - Yunanıstan - 1:0

Qol: Teemu Pukki, 52 (penalti ilə)

Xal durumu: İtaliya – 15 (5 oyuna), Finlandiya – 12 (5), Bosniya və Hersoqovina – 7 (5), Ermənistan – 6 (5), Yunanıstan – 4 (5), Lixtenşteyn – 0 (5).