"Atletiko"da 126 milyonluq zədə

"Atletiko"da 126 milyonluq zədə
“Atletiko” tarixinin ən bahalı transferi Joau Feliş dünən “Valensiya” ilə La Liqa matçında zədələnib. Assist.az Marca-ya istinadən xəbər verir ki, futbolçu 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq. 
 
Sol diz biləyindəki zədə səbəbindən o, 80-ci dəqiqədə əvəzlənib. Qarşılaşma isə 1:1 hesablə bərabərliklə yekunlaşıb.
 
Xatırladaq ki, Feliş bu yay 126 milyon avro qarşılığında “Benfika”dan “Atletiko”ya transfer olunub.