"Atletiko" xal itkisi ilə üzləşdi

"Atletiko" xal itkisi ilə üzləşdi

İspaniya La Liqasında 11-ci turun növbəti oyunları keçirilib. Assist.az xəbər verir ki, "Atletiko" səfərdə "Alaves"in qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Moratanın 70-ci dəqiqədə vurduğu qola 83-cü dəqiqədə Peres cavab verib. 

Bu nəticədən sonra xalını 20-ə yüksəldən Dieqo Simoenin komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qranada" 20 xalla (10 oyundan) 1-ci, "Barselona" 19 xalla (9 oyundan) 3-cüdür.