"Atletiko" "Espanyol"u məğlub etdi

İspaniya La Liqasında 13-cü turun görüşləri davam edir. Assist.az xəbər verir ki, "Espanyol"u qəbul edən "Atletiko" 3:1 hesablı qələbəyə sevinib.

 

La Liqanın turnir cədvəlində "Real"la "Barselona" 25 xalla ilk iki pilləni bölüşür. "Atletiko" 24 xalla 3-cüdür.

 

 

"Atletiko" - "Espanyol" - 3:1

Qollar: Anxel Korrea, 45+1, Alvaro Morata, 58, Koke, 90+1 - Serjo Darder, 38