Atletico Madrid-in iki futbolçusu koronavirusa yoluxdu

Atletico Madrid-in iki futbolçusu koronavirusa yoluxdu

Atletico Madrid-in iki futbolçusu Dieqo Kosta və Santiaqo Arias koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. Onların tətildə olduqları yerlərdə keçdikləri koronavirus testi müsbət çıxıb.

Bu səbəbdən sözügedən oyunçuların mövsüm öncəsi hazırlıqlarda iştirak etməyəcəkləri və karantinə alındığı bildirilib.