Atletico Madrid-də yeni müqavilə

Atletico Madrid-də yeni müqavilə

Atletico Madrid komandada icarə əsasında çıxış edən Çinin Dalian klubunun futbolçusu Yannik Karraskonu transfer edib.

Assist.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2015-ci ildə Monaco-dan Atletico-ya transfer olunan Karrasko 2018-ci ilin fevralında Çin klubuna keçmişdi. Belçika millisinin üzvü bu ilin yanvarından Madrid təmsilçisində icarə əsasında çıxış edirdi.