Atletico Madrid-də ciddi itki

Atletico Madrid-də ciddi itki

Atletico Madrid ciddi itki ilə üzləşib.

Assist.az xəbər verir ki, Madrid təmsilçisinin gənc futbolçusu Joao Feliks sıradan çıxıb.

Portuqaliya millisinin üzvü sol dizindəki ağrılarla əlaqədar Navarradakı klinikalardan birində ətraflı müayinədən keçirilib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, müayinə 20 yaşlı portuqaliyalının dizində medial kollektor bağlarının yüngül dərəcəli zədələndiyini müəyyən edib. Bu üzdən də onun bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.