"Aris" Bakıya yola düşdü

"Aris" Bakıya yola düşdü

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin qonağı olacaq Kiprin "Aris" klubu ölkəmizə yola düşüb.

Assist.az xəbər verir ki, Larnaka təmsilçisini Bakıya gətirən təyyarə Larnakadan səmaya qalxıb.

"Neftçi" Kiprdə keçirilən ilk oyunda "Aris"ə 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab qarşılaşması iyulun 28-i "Bakcell Arena"da keçiriləcək. Görüş saat 21:00-da start gğtürəcək.