Arda Turan cəzalandırıldı

Türkiyə Futbol Federasiyası Galatasaray klubunun futbolçusu Arda Turanı cəzalandırıb.
Assist.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
Buna təcrübəli oyunçunun Fenerbahçe ilə Superliqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Qeyd edək ki, Ülker stadionunda keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.