Anxel Di Maria: "Messi ilə oynamaq əla olardı"

Anxel Di Maria: "Messi ilə oynamaq əla olardı"

"PSJ" klubunun Argentinalı futbolçusu Anxel Di Maria Lionel Messi ilə birgə oynamaq ehtimalına münasibət bildirib.

Assist.az "BeIn Sports"a istinadən xəbər verir ki, Anxel Di Maria Lionel Messini "PSJ"də görmək istəyir:

"Messinin yadplanetli olduğunu düşünürəm. Onunla komanda yoldaşı olmaq əla olardı. Bu mövzu haqqında messinin müqaviləsi bittikdən sonra danışmaq lazımdır. Onunla tez-tez əlaqə saxlayıram və əsas olan onun xoşbəxtliyidir".

Xatırladaq ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi mövsüm sonunda bitəcək. Onun transferində maraqlı olan namizədlər "PSJ" və "Mançester Siti" klublarıdır.