Antonio Konte "Real Madrid"ə yollanır?

Antonio Konte "Real Madrid"ə yollanır?

İtaliya çempionu "İnter"in baş məşqçisi Antonio Konte klubun maliyyə problemləri səbəbi ilə komandadan ayrılmaq qərarına gəlib.

Assist.az xəbər verir ki, italiyan çempionunun maaşları 20% azaltması və 100 milyon avroluq satış etmək istəməsi Kontenin klubdan ayrılmaq istəməsinə səbəb olub. İtaliyan mütəxəssis ilə "Real Madrid" maraqlanır. Belə ki, "kral klubu" fransız baş məşqçisi Zinəddin Zidan ilə yolları ayırmaq qərarına gəlib və Konteni komandanın başına keçirmək istəyir.

Qeyd edək ki, bu mövsüm A seriyasında "İnter" Kontenin rəhbərliyi altında 38 oyunda 28 qələbə,7 bərabərlik və 3 məğlubiyyət alaraq tarixində 19-cu dəfə italiya çempionu olub.