Andrea Pirlo: "Klubla keçirtdiyim ilk mövsümdən razı deyiləm"

Andrea Pirlo: "Klubla keçirtdiyim ilk mövsümdən razı deyiləm"

"Yuventus" klubunun baş məşqçisi Andrea Pirlo klubdakı ilk mövsümünü dəyərləndirib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Andrea Pirlo baş məşqçilik fəaliyyətindən razı deyil:

"Bütün baş məşqçilər özlərini sübut etmək üçün dayanmadan çalışmalıdırlar. Baxmayaraq ki, bu mənim ilk mövsümümdür, ancaq bu mənə də aiddir. Futbol mənim uşaqlıq xəyalımdır və xəyalım üçün dayanmadan çalışmalıyam. Baş məşqçi olaraq keçirtdiyim ilk mövsümdən o qədər də razı deyiləm. Özümə 10 üzərindən 6 qiyməti verirəm. Mənim taktikam oyunda maksimum nəzarət qurmaq və rəqibə pressinq göstərməkdir. Bəzi səbəblərə görə bu taktikanı qura bilmədik, amma futbolçular çox istəklidir və biz dayanmadan çalışırıq.

Xatırladaq ki, "Yuventus" klubu "Seria A"da Andrea Pirlo rəhbərliyində oynadığı 30 oyunda 18 qələbə 8 bərabərlik və 4 məğlubiyyət alaraq lider "İnter"in 12 xal gerisindədir.