"Anderlext"in futbolçusunun "Milan"a keçidi rəsmiləşdi

"Anderlext"in futbolçusunun "Milan"a keçidi rəsmiləşdi

İtaliyanın "Milan" klubu daha bir futbolçunu heyətinə qatıb. Assist.az xəbər verir ki, "qırmızı-qaralar" "Anderlext"in müdafiəçisi Aleksis Salemakersi 3,5 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürüb. Milan klubu daha 3,5 milyon avro ödəyib, futbolçunu transfer etmək məcburiyyətindədir.

 

20 yaşlı belçikalı futbolçu "Anderlext"in yetirməsidir.

sportal