Ançelottiyə 1 milyon avroluq ittiham

Ançelottiyə 1 milyon avroluq ittiham

"Everton" klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur.

Assist.az xəbər verir ki, 61 yaşlı italiyalı mütəxəssisin 2013 - 2015-ci illərdə İspaniya "Real Madrid"ində işlədiyi dönəmdə 1 milyon avro vergi ödəmədiyi iddia edilir.

Madrid prokurorluğu Ançelottinin 2014-2015-ci illərdə imic hüquqlarından əldə olunan gəlirlərə görə vergi ödəmədiyinə dair açıqlama verib.

Baş məşqçi və onun nümayəndələri məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

Qeyd edək ki, Karlo Ançelotti "Everton"da 2019-cu ildən işləyir.