Amerika kuboku: Braziliya millisinin finaldakı rəqibi məlum oldu

Amerika kuboku: Braziliya millisinin finaldakı rəqibi məlum oldu
https://pbs.twimg.com/media/E5qmfGYWUAAotwG?format=jpg&name=4096x4096

Futbol üzrə Amerika kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Assist.az xəbər verir ki, ilk oyun günündə Braziliya yığması ilə Peru qarşılaşıb. Oyun Braziliyanın 1:0 hesablı qələbəsiylə bitib.

Yarımfinalın digər görüşü bu gün keçirilib. Argentina Kolumbiya ilə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında argentinalılar daha dəqiq olub. Penaltilərdə 3:2 hesabıyla qələbə qazanan Argentina yığması finala yüksəlib və Braziliyanın rəqibi olub.

Amerika kuboku, yarımfinal mərhələsi

6 iyul

Braziliya – Peru 1:0
Qol:
 Lukas Paketa, 35.

7 iyul

Argentina – Kolumbiya 1:1 (penaltilər 3:2)
Qol:
 Lautaro Martines, 7 – Luis Fernando Dias, 61.