Almaniyanın "Köln" klubuna yeni baş məşqçi

Almaniyanın "Köln" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Assist.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fridhelm Funkelidən boşalan baş məşqçilik postuna Steffen Baumqart təyin olunub. O, gələn mövsümdən etibarən klubu çalışdıracaq. Bundesliqa təmsilçisi 49 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, "Köln" hal hazırda Bundesliqada 29 xalla 17-ci pillədə qərarlaşıb.